Ukraynanın "Türk axını"na PUA hücumu cəhdi

 15:45 01.03.2025     77

Volodimir Zelenskinin ABŞ-yə səfəri fonunda Ukrayna Kubandakı "Türk axını" qaz kəmərinin kompressor stansiyasına üç PUA ilə hücum etməyə cəhd edib.

Redaktor.az bu barədə APA-ya istinadla məlumat verir.

Rusiya Müdafiə Nazirliyinin açıqlaması

Bildirilib ki, bütün dronlar vurulub, kompressor stansiyası normal fəaliyyətini davam etdirir.

Kiyevin PUA hücumunun məqsədi Avropa ölkələrinə qaz tədarükünü dayandırmaq olub.

Ukraynanın üçüncü cəhdi

Həmçinin Ukraynanın bundan əvvəl iki dəfə Rusiya infrastrukturuna hücum etməyə cəhd etməsi vurğuıamıb: yanvarın 11-də "Russkaya" stansiyasına və fevralın 17-də Kropotkinskdəki Xəzər Boru kəməri Konsorsiumunun obyektinə PUA hücumu edilib.