İlon Maskın 14-cü övladı dünyaya gəldi

 16:17 01.03.2025     74

İlon Mask yenidən ata olub. Dünyanın ən zəngin adamı - "Tesla" və "SpaceX" şərkətlərinin sahibi olan İlon Maskın 14-cü övladı dünyaya gəlib.

Redaktor.az xarici KİV-ə istiandən xəbər verir ki, "Neuralink"in meneceri Şivon Zilis İlon Maskdan 4-cü övladını dünyaya gətirib. Seldon adı verilən körpə oğlandır.

2021-ci ilin noyabrında Maskla Zilisin Strider və Azur adlı əkiz oğlanları doğulub. Keçən il isə Arkadiya adlı bir qızları dünyaya gəlib.

İlon Mask bir neçə dəfə evil olub. Maskla birinci həyat yoldaşı Castin Vilsondan 5 oğlu dünyaya gəlib. Onlar 21 yaşlı əkizlər və 19 yaşlı üçəmlərdi.

İlon Maskın kanadalı müğənni Qraymsdan da 3 övladı var.