Roma Papasının vəziyyəti AÇIQLANDI

Roma Papası Fransiskin bronxospazmdan sonra vəziyyəti sabit qiymətləndirilir.
Redaktor.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin məlumatında deyilir.
Bildirilir ki, pontifik qeyri-invaziv süni ventilyasiya almağa davam edir.
Xatırladaq ki, Roma Katolik Kilsəsinin 88 yaşlı rəhbəri fevralın 14-dən xəstəxanadadır. Ona tənəffüs yollarının infeksiyası səbəbindən ikitərəfli pnevmoniya diaqnozu qoyulub. Fevralın 22-də və bir gün əvvəl tənəffüs tutmaları olub.