Tramp ingilis dilini ABŞ-nin rəsmi dili olaraq TƏSDİQLƏDİ

 09:00 02.03.2025     172

ABŞ-nin müstəqilliyini elan etməsindən təxminən 250 il sonra ingilis dili ölkədə rəsmi dil olaraq qəbul edilib.

Redaktor.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bununla bağlı fərman imzalayıb.

Qeyd edək ki, seçki kampaniyası zamanı o, ingilis dilini bilməyən immiqrantların ABŞ-nin təhsil sisteminə hədsiz dərəcədə zərər verdiyini demişdi.

Yeni fərman ingilis dili ilə bağlı məhdud biliyə malik insanların dövlət xidmətlərinə qəbulunun qarşısını alacaq.