Makron Ukraynaya böyük yardımın anonsunu VERDİ

 09:20 02.03.2025     192

Fransa prezidenti Emmanuel Makron bildirib ki, Ukrayna bir neçə milyard avro dəyərində böyük maliyyə yardımı ala bilər.

Redaktor.az xəbər verir ki, o, bu barədə “La Tribune” qəzetinə müsahibəsində məlumat verib.

Makron Avropa İttifaqından Ukraynaya bir neçə milyard avronun ayrılmasına icazə verib.

Yardımla bağlı qərar Aİ-nin martın 6-da Brüsseldə keçiriləcək sammitində qəbul edilə bilər.

“Martın 6-da keçiriləcək sammit çox vacibdir. Bu külli miqdarda vəsaitin yüz milyardlarla avroya bərabər olacağı ehtimal edilir”, - Makron deyib.

O həmçinin əlavə edib ki, sammitin məqsədi Avropa İttifaqının Ukraynaya dəstəyini gücləndirməkdir.