Rusiyada meşə yanğınları qəsəbələrə YAXINLAŞIR

 14:57 02.03.2025     99

Rusiyanın Primorye bölgəsində meşə yanğınları başlayıb.

Redaktor.az TASS-a istinadən verdiyi xəbərə görə, yanğınlar bir neçə qəsəbədə evlərə yaxınlaşıb.

Hazırda yanğınlar bölgənin 5 rayonunda 32 hektar ərazini əhatə edib.

Hakimiyyət orqanları 14 rayonda yanğın əleyhinə rejim, Naxodkada isə yüksək hazırlıq rejimi elan edib.