İran parlamenti iqtisadiyyat nazirini vəzifəsindən UZAQLAŞDIRDI

 15:57 02.03.2025     255

Bu gün İran parlamentində (İslam Şurası Məclisi) iqtisadiyyat və maliyyə naziri Abdolnaser Hemmatinin impiçmentinə dair məsələ müzakirəyə çıxarılıb.

Redaktor.az-ın “Mehr” agentliyinə istinadən verdiyi məlumata görə, səsvermə zamanı 182 deputatın lehinə, 89 deputatın əleyhinə səs verməsi, 1 səsin etibarsız sayılması ilə nazirə etimadsızlıq göstərilib.

İslam Şurası Məclisində Rəşti təmsil edən Cabbar Kuçkinejad deyib ki, iqtisadiyyat naziri Abdolnaser Hemmati yenidən parlamentdə etimad səsi qazana bilməyib və vəzifəsindən uzaqlaşdırılıb.

Vumart və Güvən reklamı Vumart Güvən