Bu aparat Aya ENDİ

 16:53 02.03.2025     137

ABŞ-nin “Firefly Aerospace” şirkətinin “Blue Ghost” kosmik aparatı Aya eniş edib.

Redaktor.az-ın xəbərinə görə, bu barədə NASA məlumat yayıb.

Kosmik aparat yerli vaxtla 03.34-də uğurla Aya eniş edib. Aparatın göyərtəsində 10 tədqiqat qurğusu var. NASA ilə razılaşmaya əsasən, “Blue Ghost” kosmik aparatı Ayda tədqiqat aparacaq.

Missiya 14 gün davam edəcək.