İran prezidenti ABŞ ilə dialoqu istəsə də, Xamenei buna qarşı ÇIXIB

 18:00 02.03.2025     111

İran prezidenti Məsud Pezeşkian Tehranın nüvə sazişi ilə bağlı ABŞ-la dialoqu bərpa etməyə hazır olduğunu bildirib, lakin ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xamenei buna qarşı çıxıb.

Bu barədə Redaktor.az-a “İRNA”ya istinadən xəbər verir.

“Dialoqa getməyin daha yaxşı olacağını düşündüm, lakin ali rəhbər dedi ki, biz ABŞ-la danışıqlar aparmayacağıq”, - Pezeşkian deyib.

İran prezidenti qeyd edib ki, ölkənin siyasəti ali rəhbərin mövqeyinə uyğun olmalıdır.

Fevralın 4-də ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton İrana təzyiqi artırmalıdır. O qeyd edib ki, bu, Tehranı son nəticədə öz nüvə silahını yaratmağa yönəlmiş hərəkətləri dayandırana qədər lazımdır.