Hindistanda qar uçqunu 8 nəfərin həyatına son QOYDU

Hindistanın şimalındakı dağlıq Uttarxand ştatında qar uçqunu nəticəsində 8 nəfər ölüb.
Redaktor.az xəbər verir ki, bu barədə "Times of India" qəzeti məlumat yayıb.
Ümumilikdə 54 nəfər tapılaraq xilas edilib.
Xatırladaq ki, uçqun fevralın 28-də Uttarxandın Çamoli rayonunda qeydə alınıb. Zərərçəkmiş ilk on nəfər dərhal qarın altından çıxa bilib, qalanları isə xilasedicilərin köməyi ilə çıxarılıb.
Xilasetmə əməliyyatı iki gün davam edib və güclü qar yağması səbəbindən vaxtaşırı dayandırılıb.