Trampın köməkçiləri Zelenskinin istefasını tələb edir

ABŞ Prezidenti Donald Trampın bəzi köməkçiləri Ukrayna ilə mümkün razılaşmanın bir şərti kimi Vladimir Zelenskinin istefasını tələb edirlər. Ağ Ev rəhbərinin özü bu məsələdə daha yumşaq mövqe sərgiləsə də, komandasındakı bəzi şəxslər Zelenskinin istefasını vacib hesab edir.
Redaktor.az bu barədə lenta.ru-ya istinadla məlumat verir.
Fevralın 28-də Zelenski Trampla görüşmək üçün Vaşinqtona gəlib. Lakin görüş gərgin atmosferdə keçib. Tramp Ukrayna liderinə bir sıra şikayətlərini bildirib, ABŞ-nın vitse-prezidenti J.D. Vens isə Zelenskinin hörmətsiz və nankor davrandığını deyib. Gərginlik səbəbindən resurslarla bağlı planlaşdırılan sazişin imzalanması baş tutmayıb və Zelenski Ağ Evi vaxtından əvvəl tərk edib.
Tramp görüşdən sonra bildirib ki, Zelenski ABŞ-yə hörmətsizlik edib və sülh bağlamağa hazır görünmür. Bununla belə, Tramp müzakirələr zamanı “çox şey öyrəndiyini” vurğulayıb. Siyasi ekspertlər bu hadisənin ABŞ-Ukrayna münasibətlərinə ciddi təsir edə biləcəyini bildirirlər.
Aytəkin TOFİQQIZI