Moskva metrosunda terror aktının qarşısı ALINDI

Moskva metro stansiyalarından birində terror aktının qarşısını alınıb.
Redaktor.az APA-ya istinadla xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.
Bildirilib ki, Rusiya xüsusi xidmət orqanları eyni zamanda Moskva vilayətində yerləşən sinaqoqda da terror aktının qarşısını alıb.
"Moskva metrosu və Moskva vilayətində yerləşən sinaqoqda terror aktları hazırlayan terrorçu zərərsizləşdirilib.
O, partlayıcı maddələr hazırlamaq üçün lazım olan komponentləri əldə edib. Hücumlardan sonra o, Əfqanıstana getməyi planlaşdırıb.
Həbs zamanı cinayətkar silahlı müqavimət göstərib və cavab atəşi ilə məhv edilib", - FSB-nin məlumatında qeyd olunub.
Qurumdan o da bildirilib ki, terror aktları planlaşdıran şəxs əslən Orta Asya ölkələrinin birindən olan Rusiya vətəndaşı olub.