Zelenski atəşkəs üçün şərtlərini açıqladı

 11:28 03.03.2025     101

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, etibarlı təhlükəsizlik zəmanəti olmadan atəşkəs mümkün deyil. Onun sözlərinə görə, “insanların etimad göstərəcəyi etibarlı təhlükəsizlik təminatları” olmadan müharibənin sona çatması qeyri-mümkündür.

Redaktor.az bu barədə lenta.ru-ya istinadla xəbər verir.

Zelenski, həmçinin, Böyük Britaniya və Fransanın enerji obyektlərində bir ay müddətinə tətillərə moratorium qoymaq təklifindən xəbərdar olduğunu bildirib, amma bu məsələ ilə bağlı konkret münasibət bildirməyib.

Daha əvvəl isə Londonda Zelenski Qərb qoşunlarının Ukraynada olmasının təhlükəsizliyin təminatı olaraq qəbul edilə biləcəyini qeyd edib. O, Qərb qoşunlarının “dənizdə, quruda və səmada” mövcudluğunun təhlükəsizlik zəmanəti kimi görülə biləcəyini vurğulayıb.

Aytəkin TOFİQQIZI