Bu cinayətlərə qarşı sərt cəzalar TƏTBİQ EDİLƏCƏK

 12:00 03.03.2025     231

Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim ediləcək yeni məhkəmə paketində, yol hərəkəti və ictimai asayişi pozan cinayətlərə qarşı daha sərt cəzalar nəzərdə tutulur.

Redaktor.az xəbər verir ki, əsas dəyişikliklər bunlardır:

Yol kəsənlərə – 3 ilə qədər həbs, 1 il sürücülük vəsiqəsindən məhrumetmə

Alkoqollu vəziyyətdə avtomobil idarə edənlərə – 50 min TL cərimə, 6 aydan 2 ilə qədər həbs

Ambulansa, yanğınsöndürən və polis maşınlarına yol verməyənlərə – 20 min TL cərimə

Hərəkət halında olan iki və daha çox avtomobilin arasından sürətlə keçənlərə – 50 min TL cərimə, 1 il sürücülük vəsiqəsindən məhrumetmə

"Drift" edənlərə – 80 min TL cərimə

Sürücülük vəsiqəsi olmadan avtomobil idarə edənlərə – 40 min TL cərimə

Ölümlə nəticələnən qəza yerindən qaçanlara – 1-3 il həbs, 2 il sürücülük vəsiqəsindən məhrumetmə

Narkotik maddələrin təsiri altında avtomobil idarə edənlərə – 100 min TL cərimə, 5 il sürücülük vəsiqəsindən məhrumetmə

İctimai asayişi pozan hərəkətlərə qarşı cəzalar da sərtləşdiriləcək:

Toy, nişan və əsgər yolasalma mərasimlərində atəş açanlara – 10 ilə qədər həbs

Yaşayış məntəqəsində silah və ya "kuru sıkı" silahdan istifadə edənlərə – 5 ilə qədər həbs

Lisenziyasız tüfəklə yaxalananlara – 30 min TL cərimə

İcazəsiz "kuru sıkı" silah daşıyanlara – 20 min TL cərimə

Türkiyənin Ədalət Naziri Yılmaz Tunç yeni tənzimləmələrin cəmiyyətin təhlükəsizliyini artırmaq məqsədi daşıdığını bildirib.

Kənan YUSİF