Zelenski Trampla görüşməyə hazır olduğunu açıqladı

 13:04 03.03.2025     91

Ukrayna Prezidenti Vladimir Zelenski, ABŞ-nın Prezidenti Donald Trampla görüşməyə və real problemləri həll etməyə hazır olduğunu bildirib.

Redaktor.az bu barədə lenta.ru-ya istinadla məlumat verir.

Zelenski, Vaşinqtonun konstruktiv dialoqa, real problemlərin həllinə və ciddi hərəkətlərə hazır olması halında görüşə gələcəyini vurğulayıb.

Ukrayna Prezidenti əlavə edib ki, Trampı real problemləri həll etmək üçün dəvət edəcəyi təqdirdə onunla görüşməyə hazırdır. Zelenski həmçinin, ABŞ-la istənilən “konstruktiv münasibətlər” formatına açıq olduğunu açıqlayıb.

Daha əvvəl isə Zelenski atəşkəs üçün şərtlərini açıqlayaraq, etibarlı təhlükəsizlik zəmanəti olmadan atəşkəsin mümkün olmayacağını qeyd etmişdi.

Aytəkin TOFİQQIZI