Moskvada terror hücumunun qarşısı ALINDI

 14:32 03.03.2025     176

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Moskva şəhərində sinaqoq və metroya qarşı planlaşdırılan terror hücumunun qarşısının alındığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, FTX-nin mətbuat xidmətinin məlumatına görə, Rusiyada qadağan olunmuş beynəlxalq terror təşkilatının üzvü olan Orta Asiya əsilli bir Rusiya vətəndaşı saxlanılıb.

Açıqlamada şəxsin Moskva şəhərindəki sinaqoq və metro stansiyasına terror hücumu təşkil etməyi planlaşdırdığı bildirilib:

"Terrorçu hücumları həyata keçirdikdən sonra Əfqanıstana getməyi planlaşdırırdı. Lakin Moskva bölgəsində saxlanılarkən təhlükəsizlik qüvvələrinə müqavimət göstərdi və zərərsizləşdirildi".

Təhlükəsizlik qüvvələrinin onun yaşadığı evdə apardığı axtarış zamanı silah və partlayıcı qurğu hazırlamaq üçün istifadə olunan kimyəvi maddələr aşkar edilib.

Qeyd edək ki, FTX ötən il də Moskvada bir sinaqoqda planlaşdırılan terror aktının qarşısını almışdı.

Kənan YUSİF