"Türkiyə olmasa, Avropa qlobal oyunçu rolunu oynamaqda çətinlik çəkəcək"

Avropanın sıralarında Türkiyə olmadan qlobal oyunçu rolunu oynamaq getdikcə çətinləşir.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bunu respublika Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Biz Avropanın ayrılmaz bir hissəsiyik və Avropaya inteqrasiya prosesimizə strateji prioritet kimi baxırıq. Türkiyəni layiq olduğu şəkildə daxil etməyən Avropa qlobal oyunçu kimi mövcud olmağa davam etməkdə getdikcə çətinləşir", - deyə o, müsəlmanların müqəddəs Ramazan ayında iftar süfrəsi, iftar münasibətilə Ankarada səfirlər qarşısında çıxışı zamanı deyib.
Ərdoğan vurğulayıb ki, “Avropanın təhlükəsizliyi Türkiyəsiz ağlasığmazdır”. Onun sözlərinə görə, bu baxımdan ölkə "Ankaranın avropalı dostlarının bu həqiqəti tanımasını və Türkiyənin tamhüquqlu üzvlüyü prosesini gələcəyə hesablanmış mövqedən irəli aparmasını gözləyir".
Bundan əlavə, Türkiyə lideri “milyonluq müsəlman əhalisi olan Qərb ölkələrində islamofobiya və mədəni irqçiliyin” artmasına diqqət çəkib. "Müqəddəs kitabımıza (Qurani-Kərimə) qarşı edilən alçaq hücumların ifadə azadlığı ilə əsaslandırılması tamamilə qəbuledilməzdir. Biz islamofobiya ilə mübarizəmizi davam etdirəcəyik. Sizdən daha çox həmrəylik və daha səmimi dəstək gözləyirik", - o deyib.
Turan İSMAYIL