İsrail ordusu Suriya ərazisinə zərbələr endirdi

 22:50 03.03.2025     71

İsrail Hərbi Hava Qüvvələri Suriyanın şimal-qərbindəki Latakiya əyalətinin Qardaha şəhəri yaxınlığındakı silah anbarına zərbələr endirib.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin məlumatında deyilir.

Bildirilib ki, bu obyekt keçmiş prezident Bəşər Əsəd dövründə Suriya silahlı qüvvələrinin istifadə etdiyi silahların saxlanması üçün nəzərdə tutulub.

“Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələri Suriyanın Qardahi bölgəsində Suriyanın əvvəlki rejiminə məxsus silahların saxlanıldığı hərbi obyektə zərbələr endirib", - ordunun mətbuat xidmətinin bəyanatında deyilir.

Turan İSMAYIL