Bu Zelenskinin verə biləcəyi ən pis bəyanatdır - Tramp

Bu, Zelenskinin verə biləcəyi ən pis bəyanatdır və ABŞ buna uzun müddət dözməyəcək.
Redaktor.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskinin “Rusiya ilə müharibənin bitməsinə hələ çox var” sözlərinə münasibət bildirərkən deyib.
“Mən bunu deyirdim: ABŞ onu dəstəklədiyi müddətcə bu oğlan sülh istəmir. Avropa da Zelenski ilə görüşdə birbaşa bəyan etdi ki, ABŞ olmadan bu işin öhdəsindən gələ bilməz. Bu, yəqin ki, Rusiyaya qarşı güc nümayiş etdirmək baxımından ən yaxşı bəyanat deyil. Onlar nə düşünürlər?”, - Tramp bildirib.
Xatırladaq ki, bu gün “Associated Press“ Ukrayna prezidentinə istinadən yazıb ki, o Ukrayna və Rusiya arasında sülh sazişinə hələ çox qaldığını deyib.
Zelenski həmçinin qeyd edib ki, Kiyev və Vaşinqton arasında münasibətlər fevralın 28-də Oval Ofisdəki mübahisəyə baxmayaraq davam edəcək.