ABŞ-ın Ukraynaya hərbi yardımını dayandırması Rusiyanın mövqeyini gücləndirir

ABŞ Prezidenti Donald Trampın Ukraynaya hərbi yardımı tamamilə dayandırmaq qərarı münaqişənin gedişatına təsir göstərir. Bu qərardan əsas faydalanan tərəf Rusiya olacaq.
Redaktor.az bu barədə "The New York Times" nəşrinə istinadla xəbər verir.
Trampın addımı Vaşinqton və Kiyev arasında ciddi fikir ayrılığı yaradır və bu, döyüş meydanında və atəşkəs danışıqlarında Moskvanın mövqeyini gücləndirir.
Ağ Ev daha əvvəl Ukraynaya hərbi yardımın tamamilə dayandırıldığını bəyan edib. Bu qərarla ABŞ-ın Polşada yerləşən tranzit anbarlarında olan hərbi texnikasının Ukraynaya göndərilməsinə icazə verilməyəcək.
Bloomberq agentliyi bildirir ki, Vaşinqton Kiyevə yardımın bərpası üçün şərt qoyub. ABŞ-ın yüksək rütbəli müdafiə rəsmisi açıqlamasında bildirib ki, Ukrayna hakimiyyəti “sülhə sadiqliyini nümayiş etdirməyincə” hərbi yardım verilməyəcək.
Aytəkin TOFİQQIZI