Avropa rəsmilərindən Zelenskiyə təklif

Avropa rəsmiləri Zelenskiyə ABŞ-la münasibətləri düzəltmək üçün Yermakı qurban verməyi təklif edir.
Redaktor.az xəbər verir ki, bu barədə “Semafor” nəşri Avropa rəsmilərinə istinadən məlumat yayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin ABŞ-la münasibətlərində yaranan gərginliyə görə prezident aparatının rəhbəri Andrey Yermakı “günah keçisi” etməlidir.
Mənbələrdən biri bildirib ki, Zelenski ABŞ administrasiyası ilə əlaqələri düzəltmək üçün ya açıq şəkildə üzr istəməli, ya da müəyyən güzəştlərə getməlidir. Bu güzəştlərdən biri Andrey Yermakın vəzifəsindən uzaqlaşdırılması ola bilər.
Aytəkin TOFİQQIZI