İstanbulda itkin düşən landşaft memarına aid ilk iz tapıldı

İstanbulda itkin düşən landşaft memarı Ecə Gürelə aid telefon və şəxsi əşyalar Belqrad Meşəsində aparılan axtarışlar zamanı aşkar edilib.
Redaktor.az xəbər verir ki, Kağıthane Gültepe məhəlləsində yaşayan 36 yaşlı Ecə Gürel 2 mart bazar günü Belqrad Meşəsinə gedəcəyini bildirib və evdən çıxıb. Yaxınlarının itkin düşməsi ilə bağlı polisə müraciətindən sonra axtarışlara başlanılıb.
Polis, AFAD, UMKE, AKUT və bir neçə bələdiyyəyə bağlı xilasedicilər genişmiqyaslı axtarış aparır. İstanbul Yanğından Mühafizə Xidmətinin sualtı axtarış və xilasetmə qrupları Valide Sultan Bəndində dalış edərək tədqiqat aparıb.
Axtarış zamanı qırmızı infraqırmızı dronlarla meşənin dərinliklərində bəzi əşyalar müəyyən edilib. Hadisə yerinə göndərilən mütəxəssislər mobil telefon, gödəkcə və çanta da daxil olmaqla şəxsi əşyalar tapıb.
Gürelə aid olduğu ehtimal edilən bu əşyalar araşdırılmaq üçün polis idarəsinə aparılıb. Axtarışların daha geniş ərazidə davam etdirilməsi üçün əlavə qruplar cəlb edilib.
İtkin düşən qadının qohumu Yusuf Çeçtepe, peşəkar xilasetmə qruplarının fasiləsiz işlədiyini və hələlik hər hansı nəticə əldə olunmadığını bildirib.
Kənan YUSİF