Zelenski danışıqlar masasına oturmağa hazır olduğunu bəyan ETDİ

 22:42 04.03.2025     121

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampın “güclü rəhbərliyi” altında sülhə nail olmaq üçün işləməyə hazır olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkədə yazıb.

“Mən və komandam davamlı sülhə nail olmaq üçün prezident Trampın güclü rəhbərliyi altında işləməyə hazırıq”, - deyə Zelenski yazıb.

O əlavə edib ki, Ukrayna ABŞ-nin gördüyü hər şeyi yüksək qiymətləndirir və Ukrayna hakimiyyəti də xatırlayır ki, məhz Trampın ilk prezidentlik dövründə Vaşinqton “Javelin” tank əleyhinə raket sistemlərini Ukrayna Silahlı Qüvvələrinə təhvil verib.

Zelenski əlavə edib ki, mümkün qədər tez danışıqlar masasına oturmağa hazırdır.

Xatırladaq ki, fevralın 28-də Tramp və Zelenski Vaşinqtonda görüş zamanı açıq şəkildə toqquşub. Dövlət başçılarının nadir torpaq metalları üzrə razılaşma əldə edəcəyi gözlənilirdi. Bununla belə, brifinq zamanı Amerika lideri ukraynalı həmkarını Birləşmiş Ştatlara hörmətsizlik etdiyinə görə qınayıb və deyib ki, Ukrayna “böyük bəla içindədir” və Amerika hərbi texnikası olmasaydı, münaqişə iki həftəyə bitəcəkdi.

Turan İSMAYIL