Türkiyənin ilk kənd peyk şəhəri zəlzələ bölgəsində inşa EDİLDİ

 22:56 04.03.2025     128

Türkiyənin Çevrə, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum, Hatayın Kumlu rayonunda 16 məhəllənin birləşdirilərək ilk kənd peyk şəhərinin yaradıldığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, nazir sosial media hesabında paylaşdığı videoda bildirib: "Yapı İşləri Baş İdarəmiz vasitəsilə təbii mühitə uyğun, yerli memarlıq üslubunda 692 kənd evi inşa etdik. Vətəndaşlarımız razıdır, biz də razıyıq". 

Hatayın Kumlu rayonunun Cumhuriyyət məhəlləsində salınan bu yaşayış məskəni, zəlzələ bölgəsində təhlükəsiz və dayanıqlı kənd yaşayış mühitinin yaradılması məqsədilə həyata keçirilən ilk layihədir.

Kənan YUSİF