Kremldən Zelenskinin danışıqlara hazır olması ilə bağlı bəyanatına REAKSİYA

 23:09 04.03.2025     161

Kremlin sözçüsü Dmitri Peskov Ukrayna Prezidenti Volodimir Zelenskinin danışıqlara hazır olması ilə bağlı bəyanatını yüksək qiymətləndirib.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Peskov jurnalistlərə bildirib.

“Hazır olması yaxşıdır. "Bu, müsbət haldır", - deyə o qeyd edib.

Xatırladaq ki, Zelenski X sosial şəbəkəsində verdiyi açıqlamada Ukraynanın ABŞ-nin gördüyü hər şeyi yüksək qiymətləndirdiyini və ABŞ Prezidenti Donald Trampın “güclü rəhbərliyi” altında sülh üçün işləməyə hazır olduğunu bəyan edib.

Turan İSMAYIL