Ramazanın ruhu bir süfrə ətrafında birləşən qəlblərdə gizlidir - Əminə Ərdoğan

 23:07 04.03.2025     57

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan, Murat və Alimə Fidan ailəsinə etdikləri iftar ziyarəti ilə bağlı paylaşım edib.

Redaktor.az xəbər verir ki, Əminə Ərdoğan sosial media hesabında "Ramazanın ruhu, bir süfrə ətrafında birləşən qəlblərdə gizlidir. Dəyərli Fidan ailəsinin qonaqpərvərliyində səmimiyyəti, məhəbbəti və həmrəyliyin istiliyini paylaşdıq" sözlərini yazıb. 

O, Fidan ailəsinə təşəkkür edərək, süfrələrinin daim bərəkətli olmasını arzulayıb. Paylaşımda iftar görüşündən fotoşəkillərə də yer verilib.

Kənan YUSİF 

22