Rusiya qırıcısı Fransa PUA-sına təhlükəli şəkildə yaxınlaşıb

 23:22 04.03.2025     81

Rusiyanın Su-35 qırıcısı Şərqi Aralıq dənizində beynəlxalq sularda fransız "Reaper" pilotsuz uçan aparatına təhlükəli şəkildə yaxınlaşıb.

Redaktor.az xəbər verir ki, bu barədə Fransanın Silahlı Qüvvələrinin naziri Sebastyan Lekornu X sosial şəbəkəsindəki səhifəsində bildirib.

Onun sözlərinə görə, hadisə bazar günü baş verib. Dron kəşfiyyat uçuşu həyata keçirərkən Rusiya təyyarəsi ona kritik məsafədən yaxınlaşıb.

"Bu hərəkətlər aqressiv, düşünülmüş və qəbuledilməz olub", - nazir vurğulayıb.

Turan İSMAYIL