“Mən bu adamın başına girə bilmirəm"

 23:44 04.03.2025     94

Amerikanın silah tədarükünün dayandırılmasından sonra Ukrayna Prezidenti Volodimir Zelenskinin danışıqlara hazır olacağını proqnozlaşdırmaq mümkün deyil.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Birinci Kanal"da məlumat verib.

Rusiyalı nazir Amerikanın Kiyevə silah tədarükünün dayandırılmasından sonra Ukrayna prezidentinin münaqişənin həlli üçün danışıqlar aparıb-aparmayacağı sualına “mən bu adamın başına girə bilmirəm və bəli, o, hətta insan deyil” deyə cavab verib.

Qeyd edək ki, bundan əvvəl CNN ABŞ-nin hərbi yardımı dayandırmasından sonra Ukraynanın fəlakətli nəticələrlə üzləşə biləcəyini yazmışdı.

Turan İSMAYIL