Ərəb Liqası ölkələri Fələstin xalqının dövlət qurmaq hüququnu bir daha təsdiqlədi

Ərəb Dövlətləri Liqasına (LAS) üzv olan ölkələr fələstinlilərin öz ərazilərində müstəqil suveren dövlət yaratmaq hüququnu təsdiqləyiblər.
Redaktor.az xəbər verir ki, bu barədə Misirin yeni inzibati paytaxtında keçirilən Ərəb Liqasının fövqəladə sammitinin yekunları üzrə dərc edilmiş yekun bəyannamədə deyilir.
Mətndə deyilir: “Bizim strateji seçimimiz Fələstin xalqının bütün hüquqlarına, ilk növbədə azadlıq hüququna və öz milli ərazisində müstəqil suveren dövlətin qurulmasına cavab verən ədalətli və hərtərəfli sülhə nail olmaqdır”.
Ərəb Liqası liderləri İsrailin Qəzzaya humanitar yardımı dayandırmaq qərarını pisləyib və bu addımı razılaşmanın - bəyannamənin pozulması adlandırıblar.
Turan İSMAYIL