"Ağ Evdə baş verənlər utancvericidir"

 00:13 05.03.2025     61

“Cümə günü Vaşinqtonda, Ağ evdə görüşümüz planlaşdırıldığı kimi olmadı. Bunun baş verməsi utancvericidir. Hər şeyi düzgün etmək vaxtıdır".

Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla arasında olan mübahisə ilə bağlı danışarkən deyib.

"Biz istərdik ki, gələcək əməkdaşlıq və kommunikasiyalar konstruktiv olsun. Minerallar və təhlükəsizliyə dair sazişə gəlincə, Ukrayna onu istənilən vaxt və istənilən əlverişli formatda imzalamağa hazırdır. Biz bu sazişi təhlükəsizliyin möhkəmləndirilməsi və etibarlı təhlükəsizlik təminatlarının gücləndirilməsi istiqamətində bir addım hesab edirik”, - deyə dövlət başçısı əlavə edib.

Xatırladaq ki, fevralın 28-də Volodimir Zelenskinin ABŞ-yə səfəri zamanı onunla Donald Tramp və vitse-prezident De Vans arasında mübahisə baş verib.

Turan İSMAYIL