Umerov Vaşinqtonda hərbi yardımın vəziyyətini dəqiqləşdirəcək - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski, Müdafiə Naziri Rustem Umerov və digər rəsmilərə ABŞ-dan hərbi yardımın statusu ilə bağlı rəsmi məlumat əldə etməyi tapşırıb.
Redaktor.az xəbər verir ki, bu barədə dövlət başçısı teleqram kanalında məlumat verib.
“Mən müdafiə nazirinə, kəşfiyyat rəhbərlərinə və diplomatlara ABŞ-dakı müttəfiqlərlə əlaqə saxlayaraq rəsmi məlumat əldə etməyi tapşırdım”, – deyə Zelenski bildirib.
O, Ukrayna və ABŞ arasında aydın mövqelərə əsaslanan tərəfdaşlığın vacib olduğunu vurğulayıb.
Bundan əlavə, Zelenski Ağ Evdə baş verənlərdən təəssüfləndiyini ifadə edib.
Daha əvvəl isə Ukrayna lideri, ölkəsinin Donald Trampın prezidentliyi dövründə Vaşinqtonla əməkdaşlığa hazır olduğunu qeyd etmiş və ABŞ-nin Ukraynaya “Javelin” raket sistemləri verdiyini xatırlatmışdı.
Aytəkin TOFİQQIZI