İlon Mask amerikalıların şəxsi məlumatlarını araşdırmaqda ittiham olunur

 11:00 05.03.2025     118

ABŞ senatoru Elissa Slotkin, milyarder İlon Mask-ın amerikalıların şəxsi məlumatlarını araşdırmaqda günahlandırıb. Slotkin bu ittihamı Demokratların prezident Donald Trampın Konqresdəki çıxışına verdiyi rəsmi cavab zamanı səsləndirib.

Redaktor.az bu barədə lenta.ru-ya istinadla məlumat verir.

“Amerikada İlon Mask və onun 20-dən çox adamdan ibarət dəstəsi sizin vergi bəyannamələriniz, tibbi sənədləriniz və bank hesablarınızı araşdırmaq üçün kompüter serverlərindən istifadə edirmi?” – deyə senator bildirib.

Məlumata görə, martın 5-nə keçən gecə ABŞ Prezidenti Donald Tramp Konqresdə çıxış edərək, balanslaşdırılmış federal büdcəyə nail olacağına söz verib. O, həmçinin, Co Bayden administrasiyası dövründə israfçı xərclərlə bağlı narahatlığını ifadə edib.

Tramp, ABŞ hökumətinin guya “transgender siçanların yaradılmasına” 8 milyon dollar ayırdığını iddia edib. Qeyd edək ki, beynəlxalq LGBT ictimai hərəkatı Rusiya Federasiyasında ekstremist təşkilat kimi tanınıb və qadağan edilib.

Aytəkin TOFİQQIZI