Tramp Zelenskiyə münasibətini yumşaldır

 12:12 05.03.2025     106

ABŞ Prezidenti Donald Tramp Konqresdəki çıxışında Ukrayna lideri Volodimir Zelenski ilə münasibətlərinə toxunaraq, Kiyevdən vacib bir məktub aldığını bildirib.

Redaktor.az bu barədə "Politico" nəşrinə istinadla xəbər verir.

Zelenski bu məktubda Vaşinqtonun dəstəyinə görə təşəkkür edib və davamlı sülhə nail olmaq üçün Trampın rəhbərliyi altında çalışmağa hazır olduğunu vurğulayıb.

Tramp isə, öz növbəsində, bu mesajı yüksək qiymətləndirərək, Zelenskiyə münasibətini yumşaltdığını ifadə edib.

Məqalədə qeyd olunur ki, bu açıqlama, keçən həftə Oval Ofisdə Zelenski ilə Tramp və onun vitse-prezidenti J.D. Vens arasında yaşanan gərgin görüşdən sonra ritorikada dəyişiklik kimi qiymətləndirilir. Həmin görüşün ardınca ABŞ Ukraynaya hərbi yardımı dayandırmışdı.

Bundan əlavə, Tramp, Zelenskinin nadir torpaq metalları ilə bağlı ABŞ-la razılığa gəldiyini və sazişin Vaşinqton üçün əlverişli istənilən vaxt imzalana biləcəyini bildirib.

Aytəkin TOFİQQIZI