Ruslar Donetskdə daha bir yaşayış məntəqəsini işğal ETDİ

 14:18 05.03.2025     128

Rusiya ordusu Donetsk vilayətində daha bir yaşayış məntəqəsi üzərində nəzarəti ələ keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bəyan edib.

Bildirilir ki, Şərq qoşun qruplaşmasının bölmələri Privolnoye yaşayış məntəqəsini nəzarətə götürüb.

Qeyd edək ki, Rusiya ordusu bundan əvvəl Donetskdə Yampolovka yaşayış məntəqəsini nəzarət altına alıb.