Toy günü evləri dağılan cütlük küçədə QALDI

 14:48 05.03.2025     152

ABŞ-da yeni evlənən cütlük evlənməyə gedərkən qonaqlarından biri tərəfindən evləri partladıldığı üçün evsiz qalıb.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, ABŞ-ın Çikaqo şəhərində yeni evlənən cütlük evlənməyə gedərkən böyük faciə ilə üzləşib. Toy mərasimi zamanı qonaqlardan biri tərəfindən evləri partladılan cütlük toy günü evsiz qalıb.

Tom Davis və Eleni Vrettos fevralın 15-də evlənərkən onların Cicero evi güclü partlayış nəticəsində dağılıb. Sığortasız evlərini itirən yeni evlənən cütlük bu hadisədən şoka düşüb.

Polisin araşdırmasına görə, partlayışa görə məsuliyyət daşıyan şəxs 31 yaşlı Entoni Avila-Puebla adlı qonaqdır.

Vasif