Trampın Konqres çıxışı rəsmiləri narahat etdi

Tramp çıxışında ticarət müharibələri və ərazi genişlənməsi məsələlərinə toxunub ki, bu da beynəlxalq arenada narahatlıq doğurub.
Redaktor.az xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb.
Nəşr Latın Amerikalı diplomatlardan birinin sözlərini sitat gətirir: “Bu cür iddialar şokedici və qəbuledilməzdir. ABŞ getdikcə etibarsız tərəfdaş kimi görünür və etibara layiq deyil”.
Xüsusilə, Trampın ABŞ-nin Qrenlandiya və Panamanı ilhaq etmək planları ilə bağlı açıqlamaları ciddi narahatlıq yaradıb. Xarici qonaqların bəziləri isə “bütün cəbhələrdə dəhşətli ssenarilərə hazırlaşdıqlarını” bildiriblər.
Bundan əvvəl The New York Times qeyd edib ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin danışıqlara hazır olduğunu bəyan etməsinə baxmayaraq, Tramp Ukraynaya hərbi yardımı bərpa etmək qərarına gəlməyib. Dövlət başçısı Kiyevə yeni hərbi yardım göndərilməsi ilə bağlı heç bir açıqlama verməyib.
Aytəkin TOFİQQIZI