Körpəsini öldürmək istəyən 15 yaşlı ana həbs OLUNDU

 18:54 05.03.2025     102

Rusiyanın Moskva vilayətində 15 yaşlı ana öz uşağını öldürməyə cəhddə ittiham olunub.

Redaktor.az yerli mediaya istinadla bildirir ki, yeniyetmə həbs edilib.

İstintaqın məlumatına görə, fevralın 26-da Orexovo-Zuevo şəhərindəkı mənzildə 15 yaşlı qız oğlan uşağı dünyaya gətirib. Daha sonra o, körpəni torbaya qoyaraq atasına verib, gənc oğlan da onu zibil qabına atıb. Qadın yeni doğulmuş uşağın ana tərəfindən öldürülməsi maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunma yaşına çatmadığına görə profilaktik qeydiyyata alınacaq.