Terror bəlası artıq bir daha dirilməmək üzrə tarixin zibilliyinə atılacaq - TBMM sədri

 21:47 05.03.2025     99

"Bu terror bəlası Allahın izni ilə artıq bir daha dirilməmək üzrə tarixin zibilliyinə atılacaq, geridə buraxılacaq, birlik və qardaşlıq hökm sürəcək".

Redaktor.az xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş,  "MÜSİAD Ankara Geleneksel İftar Proqramında" etdiyi çıxışda deyib.

O, terrorla mübarizədə atılan addımları vurğulayıb və "Terrorsuz Türkiyə" üçün atılan addımları müsbət qiymətləndirdiyini bildirib. 

Kənan YUSİF