Türkiyədə 61 min saxta markalı şampun ələ KEÇİRİLDİ

 22:09 05.03.2025     131

Türkiyənin Qaziantep şəhərində keçirilən əməliyyat zamanı 61 min saxta markalı şampun ələ keçirilib, 2 şübhəli şəxs həbs edilib.

Redaktor.az xəbər verir ki, Qaziantep Jandarm Komandanlığının təşkil etdiyi əməliyyat, qaçaqmalçılıqla mübarizə çərçivəsində Cumhuriyyət Baş Prokurorluğu ilə birgə həyata keçirilib.

Oğuzeli rayonunda bir anbarda saxta markalı şampun istehsal edildiyi məlum olub.

Anbarda keçirilən əməliyyat nəticəsində, 61 min 490 saxta markalı şampun, 7 min 240 saxta markalı saç kremi, 1 milyon 850 min saxta marka etiketi və 12 min saxta marka qablaşdırması ələ keçirilib.

Əməliyyat nəticəsində M.E.D. və C.K. adlı şəxslər həbs olunub.

Kənan YUSİF