Merts Avropanı müdafiə qabiliyyətinə böyük sərmayə qoymağa ÇAĞIRDI

Xristian Demokrat və Xristian Sosial Birlik (CDU/CSU) blokundan Almaniyanın kanslerliyinə namizəd və ehtimal ki, gələcək hökumət başçısı Fridrix Merts NATO-nun baş katibi Mark Rutte ilə görüşüb.
Redaktor.az xəbər verir ki, o, özünün sosial şəbəkə hesabında bildirib ki, Avropa öz müdafiə qabiliyyətinə əhəmiyyətli vəsait ayırmalıdır.
"Güclü Şimali Atlantika Alyansı təhlükəsizliyimizin əsasını təşkil edir. Mən NATO-nun baş katibi Mark Rutte ilə Avropa və NATO-nun müdafiə imkanları, eləcə də təhlükəsizlik siyasəti məsələləri haqqında danışdım", - deyə Merts yazıb. Bu, siyasətçinin fikrincə, “Avropanın təhlükəsizliyinin ən yaxşı müdafiəsidir”.
Turan İSMAYIL