Pentaqon rəhbəri ABŞ-nin Çinlə müharibəyə hazır olduğunu bəyan ETDİ

Pentaqon katibi Pete Heqset ABŞ və Çin arasında potensial hərbi toqquşma barədə danışıb və qeyd edib ki, sülhə nail olmaq üçün müharibəyə hazırlaşmaq lazımdır.
Redaktor.az bu barədə "New York Post"a istinadən xəbər verir.
ABŞ rəsmisi deyib ki, lazım gələrsə, ABŞ Pekinlə “döyüşməyə hazırdır”.
"Biz hazırıq. Sülh istəyənlər müharibəyə hazırlaşmalıdırlar", - deyə müdafiə naziri "Fox News"un "Fox & Friends" verilişində bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp aprelin 2-dən digər ölkələrdən idxala güzgü rüsumlarının tətbiq ediləcəyini açıqlayıb. Tramp ABŞ-nin ticarət tərəfdaşlarından daha aşağı tariflər tətbiq etdiyi mövcud sistemin ədalətsizliyini vurğulayıb.
Çinin Birləşmiş Ştatlardakı səfirliyi Amerika tərəfi istəsə, istənilən növ münaqişəyə hazır olduğunu bəyan edib. Çin həmçinin ABŞ-ni fentanil məsələsində bərabərhüquqlu məsləhətləşmələrdə iştirak etməyə çağırıb.
Turan İSMAYIL