Türkiyə və Yunanıstanın 10 milyardlıq HƏDƏFİ

 23:57 05.03.2025     72

Ticarət və turizm kimi bir çox sahədə son zamanlar əməkdaşlığı inkişaf etdirən Türkiyə və Yunanıstan ticarət həcmini 10 milyard dollara çatdırmağı hədəfləyir.

Redaktor.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat dərc edib.

Məlumata görə, iki ölkə arasında başlayan “pozitiv gündəm” prosesi səhiyyə, ətraf mühit, mədəniyyət və incəsənət, turizm, iqtisadiyyat və ticarət kimi bir çox sahədə əməkdaşlığı sürətləndirə bilər. Belə ki, iki ölkə arasında münasibətlərin qarşılıqlı səfərlər və əməkdaşlıq müqavilələri ilə daha da intensivləşəcəyi gözlənilir.