NATO Trampın Ukrayna qərarı ilə bağlı riski açıqladı

NATO ölkələri arasında kəşfiyyat məlumatlarının paylaşılması təhlükə altına düşüb, çünki üzv dövlətlər bir-birindən getdikcə daha çox ehtiyat edirlər.
Redaktor.az bu barədə "Politico" qəzetinə istinadla məlumat verir.
Qəzetin mənbələrinə görə, ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə kəşfiyyat məlumatlarının paylaşılmasını dayandırması, alyansda ciddi narahatlıqlara yol açıb. Bu vəziyyətin daha da pisləşə biləcəyinə diqqət çəkilir.
Mənbələr qeyd edir ki, NATO-nun qərb üzvləri ilə keçmiş kommunist ölkələri arasında uzun müddətdir davam edən gərginlik, Ukraynada münaqişənin başlamasından sonra daha da dərinləşib. Hazırda Macarıstan və Slovakiya, alyansda etibarsız hesab edilən ölkələr arasında yer alır.
Bundan əlavə, bəzi rəsmilər ABŞ-nin diqqətini Rusiyaya yönəltməsinin, NATO-nun əsaslarını zəiflətməyə başladığını vurğulayıb. Bu, ölkələri Vaşinqtonla kəşfiyyat paylaşmanın risklərini daha da qiymətləndirməyə vadar edir. Rəsmi şəxslər qeyd edib ki, Amerika siyasətindəki dəyişikliklər hələlik maliyyə bazarlarında təsir yaratmayıb, amma bu vəziyyətin yaxın gələcəkdə birjaya mənfi təsir edə biləcəyindən narahatdırlar.
Keçmiş NATO rəsmisi bildirib ki, alyansın üzvləri arasında kəşfiyyat mübadiləsi əksər hallarda blok daxilində ümumi görüşlərdə deyil, ikitərəfli əsasda həyata keçirilir. “Vəziyyət çətinləşəndə belə olur,” – deyə o əlavə edib.
Aytəkin TOFİQQIZI