Putin ABŞ-yə yeni səfir təyin ETDİ

Rusiya Prezidenti Vladimir Putin ABŞ-yə yeni səfir təyin edib.
Redaktor.az RBC.ru-ya istinadən xəbər verir ki, Putin bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, bu vəzifəni Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktoru Aleksandr Darçiyev icra edəcək.
Qeyd edək ki, Rusiyanın ABŞ-dəki əvvəlki səfiri Anatoli Antonov Vaşinqtondakı missiyasını 2024-cü ilin oktyabrında başa vurub.