Mask Ukraynada Avropanın əsl niyyətini açıqladı

 12:10 06.03.2025     77

Amerikalı milyarder İlon Mask, Avropa liderlərinin Ukraynada əbədi müharibə istədiklərini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə İlon Mask  X sosial şəbəkəsində paylaşım edib.

Avropa liderlərinin müharibənin bitməməsi tələbi ilə bağlı suallar qaldırıb: “Daha neçə valideyn oğulsuz qalacaq? Daha neçə uşaq atasız qalacaq?”, - deyə Mask qeyd edib.

O, Danimarka baş naziri Mette Frederiksenin Ukraynada sülhün hərbi əməliyyatlardan daha təhlükəli olacağı barədə dediyi fikri şərh edərək, Avropa liderlərinin müharibənin uzanmasını arzuladıqlarını bildirib.

Frederiksen fevralın 24-də Ukraynada sülhün bərqərar olmasının “müharibədən daha təhlükəli olduğunu” qeyd etmişdi, çünki sülh danışıqlarında Rusiyaya etibar etməyin mümkün olmadığını vurğulamışdı.

Aytəkin TOFİQQIZI