Rusiya Donetskdə daha bir qəsəbəni işğal ETDİ

Rusiya qoşunları Ukraynaının Donetsk vilayətində Andreyevka qəsəbəsini işğal edib.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Fəal və qətiyyətli hərəkətlər nəticəsində “Mərkəz” qoşun qrupunun bölmələri “Donetsk Xalq Respublikası”nın Andreyevka qəsəbəsini azad edib”, - Rusiya Müdafiə Nazirliyi bildirib.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynada işğalçı müharibəyə başlayıb.