İŞİD-in kütləvi məzarları AÇILACAQ

İraqın Mosul şəhərinin cənubunda 2014-2017-ci illər arasında terror təşkilatı İŞİD tərəfindən Hasfa çuxuruna atılan 2000-dən çox iraqlının cəsədinin çıxarılması prosesinə başlanacağı bildirilib.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, Mosulun təxminən 20 kilometr cənubunda yerləşən Hasfa çuxurunu ziyarət edən Mosul valisi Əbdülkadir əl-Dehil burada açıqlama verib.
Dehil isə İŞİD terror təşkilatı tərəfindən çuxura atılan 2000-dən çox Mosul sakininin cəsədlərinin çıxarılması prosesinə yaxın vaxtlarda başlanacağını bildirib.
Mosul valisi bu addımı illərdir övladlarının və yaxınlarının taleyi ilə bağlı heç bir məlumat ala bilməyənlər üçün atacaqlarını deyib.
Yüzlərlə günahsız mosullunun terrorçular tərəfindən çuxura atıldığını bildirən Dehil, İraqın müasir tarixinin ən dəhşətli hadisələrindən biri olduğunu deyib.
Dehil 2016-cı ildə çuxurun kütləvi məzarlığa çevrildiyini və bir gündə oraya 2080 cəsədin atıldığını qeyd edib.
İraq təhlükəsizlik qüvvələri üzvlərinin cəsədlərinin də terror təşkilatı tərəfindən şahidlərin dediyinə görə, İŞİD-in şəhərə nəzarət etdiyi illərdə yüzlərlə günahsız insanı bir gündə bura gətirib, öldürüb, sonra da çuxura atıblar.
Vasif