Zelenski Brüsseldə Makronla GÖRÜŞDÜ

 16:55 06.03.2025     151

Ukrayna Prezidenti Volodimir Zelenski Fransa prezidenti Emmanuel Makronla görüşüb.

Redaktor.az “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna liderinin mətbuat katibi Sergey Nikiforov jurnalistlərə məlumat verib.

"Zelenski hazırda Fransa prezidenti Emmanuel Makronla görüş keçirir", - o bildirib.

Xatırladaq ki, martın 6-da Brüsseldə Avropa İttifaqı ölkələri liderlərinin xüsusi sammiti keçirilir.