Ankarada 9,5 ton qaçaq tütün ələ KEÇİRİLDİ

Ankarada jandarm əməkdaşlarının bir yük maşınında apardığı axtarış zamanı 9,5 ton doğranmış açıq tütün və müxtəlif qaçaq mallar aşkarlanıb.
Redaktor.az xəbər verir ki, Ankara Şəhər Jandarm Komandanlığının məlumatına görə, Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbə Müdirliyi (KOM) qaçaqmalçılığın qarşısını almaq məqsədilə əməliyyat keçirib.
İstintaq çərçivəsində S.D. adlı şəxsin yük maşını ilə qaçaq mallar daşıdığı müəyyən edilib və Bala Cumhuriyyət Baş Prokurorluğunun rəhbərliyi ilə əməliyyat təşkil olunub.
Axtarış zamanı ümumi dəyəri təxminən 26 milyon 200 min lirə olan 9,5 ton doğranmış açıq tütün, 3 min 350 qutu müxtəlif markalı siqaret, 955 elektron siqaret, 8 min 660 müxtəlif aksesuar, 1939 elektron cihaz, 650 idman ayaqqabısı və 516 kiloqram qida məhsulu ələ keçirilib.
Şübhəli S.D. barəsində hüquqi prosedurlara başlanılıb.
Kənan YUSİF