Türkiyədə saxlanılan dilənçinin üstündən 164 min lirə ÇIXDI

 21:16 06.03.2025     110

Türkiyənin Yalova şəhərində keçirilən dilənçilik əməliyyatı zamanı saxlanılan şəxsin üst axtarışında 164 min lirə və müəyyən miqdarda xarici valyuta aşkarlanıb.

Redaktor.az xəbər verir ki, Yalova Bələdiyyəsinin açıqlamasına görə, Polis Müdirliyinin əməkdaşları bazar və İDO körpüsü ətrafında dilənçilik edən M.P. adlı şəxsi saxlayıb.

Polis bölməsinə aparılan M.P-nin üzərində aparılan axtarış zamanı 164 min 125 lirə, 10 avro və 5 dollar ələ keçirilib. Pulların sayılması üçün 6 polis əməkdaşı vəzifələndirilib.

Dilənçilik yolu ilə əldə edilən pullarla bağlı qanuni prosedura başlanılıb. Pul vəsaitləri akt tərtib edilərək polis tərəfindən müsadirə edilib.

Kənan YUSİF